İranlı və ermənistanlı idmançıların yarışında kütləvi dava - Görüntülər

iranli-ve-ermenistanli-idmancilarin-yarisinda-kutlevi-dava
Oxunma sayı: 7100

Rusiyada qarışıq döyüş növləri (MMA) turnirində kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat verib.

Bildirilib ki, hadisə paytaxt Moskvada baş verib. Belə ki, dava iranlı Əli Heibati ilə ermənistanlı Arkadi Osipyan arasında baş tutan yarışdan dərhal sonra olub.

Azarkeşlər Osipyan da daxil olmaqla, zalın qadın işçilərini döyüblər.