İraq ABŞ konsulluğu yaxınlığında PUA vurdu

iraq-abs-konsullugu-yaxinliginda-pua-vurdu
Oxunma sayı: 328

İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalındakı Ərbil şəhərində pilotsuz uçuş aparatını (PUA) vurub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.

Bildirilib ki, hadisə İraqın muxtar Kürdüstan regionunun paytaxtı Ərbildə yerləşən ABŞ Baş Konsulluğunun yaxınlığında baş verib.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.