İrəvandan İstanbula ilk uçuş gerçəkləşdi

irevandan-istanbula-ilk-ucus-gerceklesdi
Oxunma sayı: 2054

Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.

Göyərtəsində 65 sərnişin olan “Airbus A320” yerli vaxtla saat 18:00-da Zvartnots Beynəlxalq Hava Limanından İstanbula uçub. Uçuş zalında tematik sərgi açılıb - “İstanbulun gözü” ləqəbli məşhur fotoqraf Ara Gülərin ekspozisiyaları toplanıb.

İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.

“Fly One Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan bildirib ki, 65 sərnişin İstanbula uçacaq və 30-dan çox sərnişin Ermənistana qayıdacaq.

İrəvandan İstanbula uçuş 2 saat 5 dəqiqə davam edir.