“İrəvanla Moskva arasında münasibətlərdə problem var” - Mirzoyan

irevanla-moskva-arasinda-munasibetlerde-problem-var
Oxunma sayı: 2346

“İrəvanla Moskva arasında münasibətlər heç də ən yüksək səviyyədə deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan “Arab News”a müsahibəsində deyib.

Mirzoyan ölkələr arasında problem olduğunu bildirərək, ənənəvi bəhanələri sadalayıb.

Bildirib ki, ötən illərdə müttəfiqlik səviyyədə münasibətləri olan Rusiya son dönəmlər regiondakı hadisələrə etinasız yanaşır.

Buna baxmayaraq, o, bu istiqamətdə Rusiya ilə işlədiklərini də bildirib.