İsmayıllıda zəncirvari qəza - Ər-arvad öldü, yaralananlar var-Video-Yenilənib

ismayillida-zencirvari-qeza
Oxunma sayı: 4672

İsmayıllıda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.

Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub.

İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011”ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011”də olan 2 nəfər hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü ilə sərnişinləri xəsarət alıb.

Xəbəri rus dilində oxuyun: В Исмаиллы столкнулись три автомобиля: двое погибших - ВИДЕО

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində baş verən qəzada ölənlərin kimliyi müəyyənləşib.

Hadisə nəticəsində “VAZ”ın 33 yaşlı sürücüsü Ümüd Vəliyev23 yaşlı sərnişini Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar ər-arvad imiş.

Digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.

Qəzanın görüntülərini təqdim edirik:

***

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (3 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt tramaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb. Hadisə zamanı 1993-cü il (kişi) və 2002-ci il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.