İsmayıllıda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.
Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub.
İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011”ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011”də olan 2 nəfər hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü ilə sərnişinləri xəsarət alıb.
Xəbəri rus dilində oxuyun: В Исмаиллы столкнулись три автомобиля: двое погибших - ВИДЕО
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində baş verən qəzada ölənlərin kimliyi müəyyənləşib.
Hadisə nəticəsində “VAZ”ın 33 yaşlı sürücüsü Ümüd Vəliyev və 23 yaşlı sərnişini Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onlar ər-arvad imiş.
Digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.
Qəzanın görüntülərini təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər