İsrailin Qəzza zolağı ilə sərhədində uzun müddətdən sonra ilk dəfə hava həyəcanı siqnalı qaldırılıb.
“Qafqazinfo” İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir ki, həyəcan sirenaları sərhədyanı Nahal-Oz yaşayış məntəqəsində işə düşüb və yerli sakinlər raket atəşi təhlükəsi ilə bağlı xəbərdar ediliblər.
Hərbçilər hadisənin təfərrüatlarını araşdırdıqlarını bildiriblər. Bir qədər sonra verilən rəsmi açıqlamada həyəcanın yalançı olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, sentyabrın 22-də İsrailin müdafiə naziri İsrael Katz fələstinli döyüşçülər tərəfindən hətta bir nəfər İsrail hərbçisi və ya mülki şəxsi oğurlanacağı təqdirdə, Qəzza şəhərinin 1 milyonluq əhalisini anklavın cənubuna köçürəcəyi ilə hədələmişdi. Nazir bildirmişdi ki, belə bir ssenaridə Qəzzanı da Rəfah, Beyt-Hanun və hazırda İsrail qoşunlarının nəzarətində olan anklav ərazisinin 70%-i kimi dağıntılar gözləyir.
Son xəbərlər
Son Xəbərlər