İstanbulda güclü yağış - Küçələr su altında qaldı+Video

istanbulda-guclu-yagis
Oxunma sayı: 529

Türkiyənin İstanbul şəhərində səhər saatlarından başlayan güclü yağış gündəlik həyata ciddi təsir göstərib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərin bir sıra ərazilərində müşahidə olunan leysan nəticəsində piyadaların və sürücülərin hərəkəti çətinləşib, bəzi körpülərin altını su basıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi bildirib ki, yağışın fəsadlarının aradan qaldırılması üçün Fəlakət Koordinasiya Mərkəzinin (AKOM) koordinasiyası ilə 5638 əməkdaş və 2074 texnika ərazidə fəaliyyət göstərir.

Qeyd olunub ki, ən çox yağıntı İstanbulun Şile rayonunun Darlık kəndində baş tutub.