İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

itlerin-hucumuna-meruz-qalan-41-yasli-qadin-oldu
Oxunma sayı: 8029

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Mövzu ilə bağlı sujeti təqdim edirik: