Kabildəki partlayışda ölənlərin sayı 100-ü ötdü - Video + Yenilənib

kabildeki-partlayisda-olenlerin-sayi-100-u-otdu
Oxunma sayı: 9220

Kabil hava limanı yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışda azı 12 nəfər həlak olub. Onların arasında uşaqlar və taliblər də var.

Bundan başqa xeyli sayda talibin yaralandığı bildirilir.

*** 

Məlumata görə, partlayışda ölənlərin sayı 40 nəfərə çatıb. 120 nəfər isə yaralanıb. Qeyd edilir ki, hava limanı yaxınlığında partlayışdan sonra silah səsləri də eşidilib. 

***

Partlayışda 60-dan çox əfqanın öldüyü, 150-dən çox yaralı olduğu bildirilir. 

***

CBS kanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, partlayışlar nəticəsində azı 90 nəfər ölüb, 158 nəfər isə yaralanıb. 

***

“The Wall Street Journal” xəbər verir ki, Kabil aeroportu yaxınlığında baş vermiş iki partlayış nəticəsində həlak olanların sayı 103-ə çatıb.

Ölənlər arasında 90 əfqan və 13 ABŞ hərbçisi var.

***

Əfqanıstan Səhiyyə Nazirliyindəki bir mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, partlayış nəticəsində 1338 nəfər xəsarət alıb.