Kaliforniyadakı atışma nəticəsində ölənlərin sayı artdı, cinayətkar saxlanıldı - Yenilənib

Kaliforniyadakı atışma nəticəsində ölənlərin sayı artdı, cinayətkar saxlanıldı
Oxunma sayı: 1089

Kaliforniyanın Santa-Klarita şəhərində məktəbdə silah səsləri eşidilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Atəş açan şəxs qaçmağı bacarıb. Şahidlərin sözlərinə görə, onun əynində qara paltar olub. Şagirdlər məktəbdən təxliyyə edilib. Polis sakinlərdən evlərindən çıxmamağı tapşırıb.

Silahlı şəxsin axtarışları davam etdirilir.

**

Kaliforniyanın Santa-Klarita şəhərində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, onların sayı ikiyə çatıb. Atışmanın qurbanları 14 yaşlı yeniyetmə və 16 yaşlı qız olub. Eləcə də insidentdən sonra müxtəlif dərəcəli xəsarətlər alan dörd yeniyetməyə tibbi yardım göstərilir.

Los-Anceles dairəsinin şerifi Aleks Vilyanuevin sözlərinə görə, hadisəni törəkməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb və hazırda yerli hospitalda müalicə alır. Vilyanueva baş verənlərlə bağlı mətbuat konfransının keçiriləcəyini də anons edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi