Kanada milli təhlükəsizliyini bu ölkələrin vətəndaşlarına əmanət etmədi

kanada-milli-tehlukesizliyini-bu-olkelerin-vetendaslarina-emanet-etmedi
Oxunma sayı: 1587

Bundan sonra Kanadada Rusiya, Çin və İran alimləri müdafiə sahəsində araşdırma apara bilməyəcəklər.

“Qafqazinfo” məlumatla bağlı xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Kanada milli təhlükəsizliyini təmin etmək üçün Çin, Rusiya və İran alimlərinin müdafiə və təhlükəsizlik sahəsində layihələrinin maliyyələşdirilməsini qadağan edib.

Sözügedən qadağalar xüsusilə robototexnika, kvant kompüterləri, müasir silahların inkişafı, aerokosmik tədqiqatlar və tibb kimi həssas texnologiyaların intensiv olduğu sahələri əhatə edir.

Siyahıda birinci yeri əsasən Çin universitetləri tutur. Rusiyadan Aleksandr Harkeviç adına İnformasiya Ötürmə Problemləri İnstitutu və “Kompüter Sistemləri Dizaynerlərinin Peşəkar Assosiasiyası” adlı avtonom qeyri-kommersiya təşkilatı daxil edilib.