Dünya çempionatının oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün bir oyun baş tutacaq.
Meydan sahiblərindən olan Kanada Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Sabah səhər saat 5-də isə daha bir meydan sahibi ABŞ meydana çıxacaq. Onlar Paraqvayla münasibətlərə aydınlıq gətirəcəklər.
DÇ-2026
Birinci tur
12 iyun
23:00. Kanada – Bosniya və Herseqovina
13 iyun
05:00. ABŞ – Paraqvay
***
Komandaların start heyətləri bəlli olub:
Kanada: Maksim Krepo, Alistair Conston, Luk De Fuqerol, Derek Kornelius, Riçi Laryea, Tajon Byukenen, İsmael Kone, Stefen Estaquio, Liam Millar, Tani Oluvaseyi, Conatan Devid.
Bosniya və Herseqovina: Nikola Vasil, Sead Kolaşinats, Tarik Muharemoviç, Nikola Katiç, Amar Dediç, Amar Memiç, İvan Başiç, Benjamin Tahiroviç, Esmir Bayraktareviç, Yovo Lukiç, Ermedin Demiroviç.
***
Matç başladı.
***
Bosniya və Herseqovina hesabı açır. Yovo Lukiç 21-ci dəqiqədə fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
79-cu dəqiqədə Kayl Larin hesabı bərabərləşdirir.
***
Matç 1:1 hesablı bərabərliklə yekunlaşır.
Son xəbərlər
Son Xəbərlər