Kanadada məscidə hücum oldu - Foto

kanadada-mescide-hucum-oldu
Oxunma sayı: 339

Kanadanın Vinnipeq şəhərində naməlum şəxslər məscidə hücum edib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

Bildirilib ki, iki naməlum şəxs məscidə yaxınlaşaraq onu atəşə tutub. Həmçinin iki nəfərin binanın bir neçə pəncərəsini sındırdığı qeyd olunub. 

Hadisənin iki eyni şəxs və yaxud ayrı-ayrı qrup tərəfindən törədilməsi məlum deyil. 

Dini mərkəzin nümayəndələrinin sözlərinə görə, hücum zamanı məscidin içərisində insanlar olsa da, heç kim xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Məscidə ümumilikdə təxminən 3000 ABŞ dolları dəyərində zərər dəydiyi vurğulanıb.