Kanye Uest adını dəyişdirdi

kanye-uest-adini-deyisdirdi
Oxunma sayı: 4308

Məşhur amerikalı reper Kanye Uest adını Ye olaraq dəyişdiyini açıqlayıb.

“Qafqazinfo” “Page Six”ə istinadən xəbər verir ki, bu barədə reperin rejissoru Milo Yiannopulos açıqlama verib.

Onun sözlərinə görə, reper dünyada prezidentlər qədər tanınır. O, adını dəyişməyin Ye üçün asan olmadığını bildirib:

“Ancaq dəyişiklik tamamilə qanuni və əbədi olaraq baş verdi. İndi odur. Onun adı Yedir”.