“Karantin zonalarında toplaşmaq olmaz”

karantin-zonalarinda-toplasmaq-olmaz
Oxunma sayı: 2325

“Karantin zonalarında vətəndaşlar qaydalara əməl etmirlər”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hazırda həm profilaktika, həm diaqnostik, həm də müalicə istiqamətində fəaliyyət göstərirlər: “Gömrük-keçid məntəqələrinin yaxınlığında otellər tibb məntəqəsinə çevrilib. Orada tibb işçiləri profilaktik müayinələr həyata keçirirlər. Poliklinikanın baş həkimi öz iş yerini ora köçürüb. Həmin tibb işçilərinə öz təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, vətəndaşlar karantin rejiminə bəzən əməl etmirlər. Nəticədə biz müəyyən edirik ki, bir kəsdə virus var, sonra bəlli olur ki, onun təmasda olduğu şəxslər də yoluxub. Ona görə də karantin zonalarında toplaşmaq olmaz. 

Eyni zamanda diaqnostika tədbirləri də davam etdirilir. Yaxın günlərdə testlərin sayının artırılması da nəzərdə tutulub. Təcili yardım əməkdaşları simptomları olan şəxslərdən evlərdə nümunələr götürürlər. Həmin şəxslərə testlərin cavabı çıxana kimi evdə qalmaq tapşırılır”. 

Murad Əhməd