“Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik”

“Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik”
Oxunma sayı: 6479

“Ötən həftə karantin rejiminə əməl olunmaması bu gün sayın artmasına səbəb olub”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, virusun inkubasiya dövrü 14 gün çəkə bilir: “Buna görə ötən həftə virusa yoluxanlarda simptomlar bu günlərdə özünü göstərir və qeydə alınır. Əgər vətəndaşlar karantin rejiminə yenə də riayət etməsələr, biz daha ciddi tədbirlər görülməsi üçün ölkə rəhbərinə müraciət edəcəyik. 

Vətəndaşlar 2-3 həftə səbr edib evdə qalsa və inkubasiya dövrünü təcrid şəraitində keçirsə, biz yoluxma zəncirini qıra bilərik və bundan sonra ənənəvi həyatımıza davam edərik”.

Murad Əhməd