Kaxovkanı su basması nəticəsində ölənlər var

kaxovkani-su-basmasi-neticesinde-olenler-var
Oxunma sayı: 2684

Kaxovka su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Oleşek şəhərinin meri Yevgeni Rişuk məlumat verib.

“Artıq 3 nəfər ölüb. Daha iki nəfər xəstəxanaya çatdırılıb. Düşünürəm ki, ölüm sayı daha çox olacaq”, - Rişuk bildirib.

Şəhər hərbi idarəsinin rəisi Tatyana Qasanenko daşqın qurbanlarının sayının hələlik dəqiq məlum olmadığını qeyd edib.

Qasanenkonun sözlərinə görə, şəhərin 85%-i su ilə örtülüdür. Özbaşına evakuasiya etmək mümkün olmadığından insanlar saatlarla evlərinin damında oturub kömək gözləyirlər.