Keçmiş baş nazir küçədə broşür payladı - Video

kecmis-bas-nazir-kucede-brosur-payladi
Oxunma sayı: 227

2011-2012-ci illərdə Yaponiyanın Baş naziri olmuş Yoşihiko Noda Çiba şəhərindəki Minami-Funabaşi stansiyasının qarşısında vətəndaşlara broşür paylayarkən görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 69 yaşlı siyasətçinin səhər saatlarında təkbaşına stansiyanın qarşısında dayandığı, sərnişinlərlə salamlaşaraq broşürlər təqdim etdiyi görünür.

Bəzi vətəndaşlar Nodanı tanıyaraq onunla salamlaşıb və broşürləri götürüb. Digərləri isə keçmiş Baş nazirin yanından onu tanımadan keçiblər.

Nodanın rəsmi internet səhifəsindəki iş qrafikinə əsasən, o, sentyabrın 18-də saat 06:30-dan 08:30-dək Çibanın 4-cü seçki dairəsində fəaliyyət çərçivəsində Minami-Funabaşi stansiyasının qarşısında vətəndaşlarla görüşməli olub. Görüntülərin təxminən saat 07:30-da çəkildiyi bildirilib.

Noda sentyabr ayı ərzində səhərlər müxtəlif stansiyalarda vətəndaşlarla görüşməyi planlaşdırır. Keçmiş Baş nazir çıxışlar etmək əvəzinə broşür paylamaq və insanlarla birbaşa ünsiyyət qurmağa üstünlük verdiyini bildirib.