Kəmaləddin Heydərovdan yeni təyinatlar

kemaleddin-heyderovdan-yeni-teyinatlar
Oxunma sayı: 11692

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmrlər imzalayıb.

Nazirin əmrinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.

Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini mayor Ramin Orucov da vəzifəsindən azad olunaraq, Aran Regional Mərkəzinin rəisi təyin edilib.

Bundan əlavə, FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik-leytenant Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub.

Yunis Quliyev