Bu gün Misli Premyer Liqasında XXII tura start verilir.
“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Günün ilk oyununda “Kəpəz” “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
Günün son görüşündə isə “Araz-Naxçıvan” öz meydanında “Zirə”ni qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma 18:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XXII tur
27 fevral
14:30, “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu.
18:00, “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Liv Bona Dea Arena”.
Son xəbərlər
Son Xəbərlər