“Kəpəz” yeni baş məşqçisini rəsmən açıqladı

kepez-yeni-bas-mesqcisini-resmen-aciqladi
Oxunma sayı: 3163

“Kəpəz”in yeni baş məşqçisi məlum olub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Gəncə klubu açıqlama yayıb.

Bu vəzifə  Adil Şükürova tapşırılıb. Onunla 2 illlik müqavilə bağlanılıb. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, Adil Şükürov vaxtilə futbolçu kimi “Kəpəz”də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə “sarı-göylər”in heyətində ölkə çempionatının gümüş medallarını və Azərbaycan kubokunu qazanıb.