Kimya üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” yayıb.
Məlumata görə, 2021-ci ildə kimya üzrə Nobel mükafatının sahibləri almaniyalı alim Benjamin List və amerikalı Devid Makmillan olub. Mükafat sözügedən alimlərə asimmetrik orqanokatalizin inkişafına görə verilib.
Qeyd edək ki, oktyabrın 4-ü Tibb və fiziologiya üzrə Nobel mükafatı laureatlarının adları bəlli olub. Belə ki, bu sahə üzrə Nobel mükafatının qalibləri ABŞ-dan olan araşdırmaçılar Devid Culis və Ardem Pataputyan olublar. Bununla yanaşı, Corcio Parizi, Klaus Hasselman və Syukuro Manabe fizika üzrə Nobel mükafatına layiq görülüblər.
Son xəbərlər
Son Xəbərlər