“Azərbaycan və Latviya dost ölkələr kimi çox yaxın siyasi-iqtisadi, humanitar əlaqələrə malikdir. Sovetlər dövründə müttəfiq respublika kimi tərəflər arasında möhkəm iqtisadi və mədəni əlaqələr formalaşıb. Müstəqillik dövründə hər iki ölkə arasında qurulmuş diplomatik münasibətlər bu təmasları yeni mərhələyə doğru irəlilədib”.
“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yüksəlməsində isə olduqca böyük xidmətləri var: “Onun 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı Latviyanın dövlət başçısı ilə görüşü əlaqələrin inkişafı üçün dərin zəmin yaradıb. Sonrakı illərdə Latviyanın yüksəksəviyyəli hökumət nümayəndə heyətlərinin ölkəmizə səfərləri tərəfləri bir-birinə daha sıx yaxınlaşdırıb.
Xəbəri rus dilində oxuyun: Книга, получившая глубокий отклик в латвийском обществе
Latviya beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını daim müdafiə edib, rəsmi Riqanın ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməyib, əlaqələrin hərarəti ilbəil daha da artıb.
2000-ci illərdə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Latviya münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin 2017-ci ildə Latviya Respublikasına rəsmi səfəri ikitərəfli əlaqələri daha inkişaf etdirib.
Eləcə də Latviya Prezidenti və Baş nazirinin ölkəmizə səfərləri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Latviyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması da münasibətlərinin genişlənməsində fəallıq nümayiş etdirir.
Onu da xatırladım ki, mənim siyasi yaradıcılığımda mühüm yer tutan latış dilində nəşr etdirdiyim “O, böyük siyasətə hazırdır” kitabım da ölkələr arasında münasibətlərin inkişafına öz müsbət təsirlərini göstərib. Cənab İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən bu kitabın tanınmış ictimai-siyasi dairələrin təşəbbüsü ilə Riqa şəhərində geniş təqdimatı keçirilib. Kitab həmin dövrdə Latviyada və geniş ictimai marağa səbəb olub.
Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir və Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında yeni mərhələ açacaq”.

Son xəbərlər
Son Xəbərlər