Kıvançla Pınar eyni serialda çəkiləcək

kivancla-pinar-eyni-serialda-cekilecek
Oxunma sayı: 658

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni seriala çəkilir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun tərəf müqabili üçün tanınmış aktrisa Pınar Denizə təklif olunub. Lakin hələ onun təklifi qəbul edib-etmədiyi məlum deyil.

Məlumata görə, Kıvanç yeni serialda çəkiləcəyi hər bölüm üçün 4 000 000 TL (157 600 manat) qazanacaq.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ son olaraq “Ailə” serialında Aslan obrazını, ötən il ana olan Pınar Deniz isə sonuncu dəfə “Yargı” serialında baş obraz olan Ceylini canlandırıblar.