“Kızılcık Şerbeti”nin aktrisasına cinayət işi açıldı

kizilcik-serbetinin-aktrisasina-cinayet-isi-acildi
Oxunma sayı: 7094

Bir müddət öncə narkotik maddə qəbul edərkən saxlanılan “Kızılcık Şerbeti” serialının aktrisası Feyza Civelek barəsində cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, aylar öncə Feyza Civelek narkotik satıcısı Selçuk Ç. O. ilə görüşərkən polis tərəfindən saxlanılıb. Məhkəmədə Selçuk narkotiki aktrisa ilə birlikdə qəbul edəcəyini və 10 ildir narkotik aludəçisi olduğunu etiraf edib. O, Feyzanı günahlandıraraq ona görə polislər tərəfindən saxlanıldığını bildirib. Sonda məhkəmə onun 15 il həbsinə və pul cəriməsi tətbiq edilməsinə qərar verib.

Aktrisa barəsində isə narkotik maddə saxlamaq ittihamı irəli sürülərək, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, aktrisa “Kızılcık Şerbeti”ndə “Nilay” obrazını canlandırır.