Konqoda 2 məktəb yandı - 21 şagird həlak oldu-Fotolar

konqoda-2-mekteb-yandi
Oxunma sayı: 677

Konqonun Bukavu şəhərində yerləşən iki məktəbdə güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində azı 21 şagird həlak olub, çox sayda insan ağır yaralanıb.

Ölkənin Təhsil Nazirliyindən bildirilib ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan faciədə həlak olanların 15-i alovdan qaçarkən yaranan izdiham səbəbindən ölüb. Yaralananların bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik tələfat sayının artacağını istisna etmir.

Yanğının başvermə səbəbləri araşdırılır.