Kontakt Home məktublarınızı əsgərlərə göndərəcək

kontakt-home-mektublarinizi-esgerlere-gonderecek
Oxunma sayı: 2712

Kontakt Home mağazalar şəbəkəsi “Azərpoçt” MMC ilə birgə cəhbədə döyüşən əsgərlərimizin ruh yüksəkliyini dəstəkləmək üçün onlara sizin məktublarınızı göndərəcək. “Əsgərə məktub” layihəsi çərçivəsində hər kəs əsgərlərə ürək sözlərini məktub şəklində yazaraq Kontakt Home-un “Sahil”, “İnşaatçılar”, “Azadlıq metrosu”, “Xalqlar” və “Sumqayıt 10-cu mikrorayon” mağazalarında yerləşdirilən poçt qutularına ata bilər. Göndərilən hər bir məktub “Azərpoçt” tərəfindən ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.

Qeyd edək ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox Kontakt Home əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir.