“Koroğlu”da tıxaca səbəb olan şəxs həbs edildi - Yenilənib-Video

korogluda-tixaca-sebeb-olan-sexs-hebs-edildi
Oxunma sayı: 8739

Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində - “Koroğlu” nəqliyyat qovşağında baş verib.

Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.

***

Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.