Laçında ayı yerli sakinə hücum etdi - Video

lacinda-ayi-yerli-sakine-hucum-etdi
Oxunma sayı: 6723

Laçında ayı yerli sakinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Cəbrayıl məlumat verib.

O bildirib ki, bu gün meşəlik ərazidə ayı Qorçu kənd sakini Nicat Qasımova hücum edərək bud, sağrı və əl nahiyələrindən xəsarət edib. Özünü aktiv şəkildə müdafiə edən N.Qasımov ayının uzaqlaşmasına nail ola bilib.

Xəsarət alan şəxsə tibbi yardım göstərilib.