“Latviya ərazisindən Rusiyanı vurmağa hazırlaşırlar”

latviya-erazisinden-rusiyani-vurmaga-hazirlasirlar
Oxunma sayı: 857

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha uzaq bölgələrinə yeni zərbələr endirmək üçün hazırlıqlar aparır.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

İddia edilib ki, Ukrayna tərəfi dron hücumları həyata keçirmək üçün təkcə öz ərazisindən deyil, Baltikyanı ölkələrin ərazisindən də istifadə etməyi planlaşdırır. 

“Bu taktika hədəflərə uçuş müddətini əhəmiyyətli dərəcədə azaltmağa xidmət edir. Latviya Moskvanın cavab zərbəsindən çəkinsə də, Kiyev hakimiyyəti Riqanı əməliyyatın keçirilməsinə razılıq verməyə inandırmağı bacarıb”, - məlumatda deyilir. 

Bu məqsədlə Latviya ərazisinə Ukrayna ordusunun Pilotsuz Sistem Qüvvələrinin hərbi qulluqçularının göndərildiyi iddia edilir.