Lavrov Çində səfərdədir - Foto

lavrov-cinde-seferdedir
Oxunma sayı: 975

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, Lavrovun Pekinə səfəri aprelin 9-na qədər davam edəcək. 

Rusiyanın XİN rəhbəri çinli həmkarı Van İ ilə görüşündə iki ölkə arasında münasibətlər, BMT, G20, Şanxay Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyət, eləcə də regional məsələləri müzakirə edəcək.