Almaniyanın xarici işlər naziri İohan Vadeful BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşünün səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, almaniyalı nazir bu barədə “Zweites Deutsches Fernsehen” teleşirkətinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Lavrovla ilk olan bu görüşünü xarici həmkarlarının xahişi ilə keçirib.
Nazir bildirib ki, bu dialoq Moskva ilə təmaslarda Avropanın monopoliyanı ABŞ-yə verməməsi üçün mütləq idi.
“Aydındır ki, hökumətlərimiz arasında mövqelər baxımından kəskin fikir ayrılıqları mövcuddur. Lakin elə bu barədə də danışmaq lazımdır. Soyuq müharibə dövründə də dialoq hər zaman var idi”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Lavrovla Vadefulun görüşü 2022-ci ilin yanvarından bu yana Rusiya və Almaniya XİN rəhbərləri arasında ilk danışıqlar olub. Görüş təqribən 20 dəqiqə davam edib.
Son xəbərlər
Son Xəbərlər