Dünya premyerası noyabrın 24-də baş tutacaq “Gucci evi” filminin ikinci treyleri yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, rejissor Ridli Skotun real hadisələrə əsaslanmış dramında baş rolları Adam Drayver və Ledi Qaqa ifa edirlər.
Ekran işində “Gucci” brendinin yaradıcısının nəvəsi və moda evinə rəhbərlik edən Mauritsio Quççinin (Adam Drayver) sifarişli qətli haqda danışılır. Biznesmenin qətlini 1955-ci ildə onun keçmiş həyat yoldaşı Patritsiya Redcani (Ledi Qaqa) təşkil etmişdi.
Filmdə, həmçinin Al Paçino, Ceremi Ayrons və Cared Leto çəkilib.
Son xəbərlər
Son Xəbərlər