Lənkəranda maşın ağaca çırpıldı - Ölən var+Foto

lenkeranda-masin-agaca-cirpildi
Oxunma sayı: 364

Lənkəranda ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonunun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyevin idarə etdiyi “Renault Megane” markalı minik avtomobili ötmə əməliyyatı zamanı idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan, nəqliyyat vasitəsinin sahibi, eləcə də sürücünün yaxın dostu, həmkəndlisi 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. O, yolda xəstəxanaya aparılarkən ölüb. S. Həmzəyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Surxay Şahbazov