Levent Yüksel “Bayatılar”ı Eldar Mansurovun qarşısında ifa etdi - Video

levent-yuksel-bayatilari-eldar-mansurovun-qarsisinda-ifa-etdi
Oxunma sayı: 774

Türkiyənin məşhur sənətçisi Levent Yüksel İstanbulda Eldar Mansurovun qarşısında onun bəstəsini ifa edib. 

“Qafqazinfo” xəbər verir ki, bu anlar ötən gün İstanbulda yerləşən Atatürk Kültür Mərkəzində (AKM) Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert zamanı baş verib.

Bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutan konsertdə dünyaşöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Levent Yüksel çıxış edib. 

Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsərinin - “Bayatılar”ın səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərkən tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. 

Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara təşəkkürünü bildirib.

Həmin görüntüləri təqdim edirik: