Liderlərin görüşündə “dondu” - Video

liderlerin-gorusunde-dondu
Oxunma sayı: 2299

Avropa İttifaqı liderlərinin Belçikadakı “Alden Biesen” qəsrində keçirilən qeyri-rəsmi sammiti zamanı İtaliya Baş naziri Corciya Meloni soyuq hava ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, o, zirvədən çıxarkən titrəyən halda görüntülənib.

“Çox soyuqdur, öləcəyəm”, - Meloni kameralara gülümsəyərək deyib.

Sammitdə liderlər rəqabət qabiliyyətinin artırılması, daxili bazarın gücləndirilməsi və iqtisadi asılılıqların azaldılması kimi mövzuları müzakirə ediblər. Lakin Belçikadakı sərt soyuq Meloni üçün gözlənilməz olub.