Livan Prezidenti Cozef Aun Türkiyədə səfərdədir.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada Prezident Sarayında keçirilən rəsmi mərasimdə Livan dövlət başçısını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Mərasimdə Türkiyənin XİN rəhbəri Hakan Fidan və digər yüksəksəviyyəli dövlət rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, görüşdə Türkiyə və Livan arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Danışıqların yekununda Ərdoğan və Aunun birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər