Maduronun məhkəməsinin tarixi məlum oldu

maduronun-mehkemesinin-tarixi-melum-oldu
Oxunma sayı: 418

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin məhkəmə prosesinin gələn ilin iyun ayında başlaması nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York məhkəməsi qərar çıxarıb.

Hakim Alvin Hellerşteyn məhkəmə iclası zamanı “1 iyun 2027-ci il” deyə bildirib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.