Mahir “Rakuv”da növbəti qolunu vurdu - Video

mahir-rakuvda-novbeti-qolunu-vurdu
Oxunma sayı: 364

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.

Mahir start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İstedadlı futbolçu qarşılaşmanın 27-ci dəqiqəsində səhnəyə çıxaraq komandasının bərabərlik qolunu vurub. Gərgin keçən matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu, Emrelinin “Rakuv”un heyətində Konfrans Liqasında 2-ci, ümumilikdə isə 3-cü qoludur.