Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.
“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Mahirin emosionallığı haqda danışarkən bunları deyib:
“Mahirin sərt xasiyyəti var. Bəzən oyun zamanı nəyisə bəyənməsə əsəbiləşə bilər”.
Klubun çalışdırıcısı Mahirin inkişafından çox razıdır: “Onun necə çıxış etdiyini və aydın şəkildə formasının yaxşılaşdığını görürəm”.
Xatırladaq ki, Emreli bu yay Almaniya ikinci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçib. Bu mövsüm futbolçunun aktivində 3 qolu və 1 qol ötürməsi var.