Mahmud Abbas Qəzzaya gedəcək

mahmud-abbas-qezzaya-gedecek
Oxunma sayı: 1548

“Qəzza zolağı Fələstinin ayrılmaz hissəsidir və qalacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin dövlətinin başçısı Mahmud Abbas Türkiyə parlamentinin növbədənkənar iclasında çıxış edərkən bildirib.

“Fələstin ərazisində başqa dövlət yaradıla bilməz. Torpaqlarımızı tərk etməyəcəyik”, - deyə o bildirib.

Mahmud Abbas qeyd edib ki, ölüm təhlükəsinin olmasına baxmayaraq, Qəzzaya gedəcək və bu qərarından geri çəkilməyəcək.