Mansur Yavaş CHP-dən istefa verdi

mansur-yavas-chp-den-istefa-verdi
Oxunma sayı: 784

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasına (CHP) üzvlükdən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb. 

Onun sözlərinə görə, bundan sonra siyasi karyerasına müstəqil olaraq davam edəcək.

Qeyd edək ki, 71 yaşlı M.Yavaş 12 il CHP-nin üzvü olub.