Bu gün saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
Oxu.az-ın məlumatlna görə, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib.
Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarında evdə arvadı ilə mübahisə edib. Mübahisə sakitləşəndən sonra, o, otağa keçərək namaz qılmağa başlayıb. Bu vaxt həyat yoldaşının onu kürəyindən bıçaq zərbəsi endirərək qətlə yetirdiyi iddia olunur.
Məlumata görə, ailə 10 ildir ki, həmin evdə yaşayır və onların birgə nikahdan iki övladları da var. Ər-arvad hər ikisi uzun müddət imiş ki, ibadət edirmişlər.
Hadisədən ilk olaraq ərazidə ev alqı-satqısı ilə məşğul olan maklerlər xəbər tutublar və polisə məlumat veriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər