Maşın dərəyə aşdı - Ölən və yaralananlar var - Yenilənib

masin-dereye-asdi
Oxunma sayı: 861

Qubada ölümlə nəticələnən qəza olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Lada-Niva” markalı avtomobilin sürücüsü hətəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı dərəyə aşıb.

Hadisə zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Qubada baş verən qəza zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Belə ki, Yuxarı Tüləkəran kənd sakini, 1995-ci il təvəllüdlü Nurəli Əlirzayevin idarə etdiyi “Lada Niva” markalı avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Ədilov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat edib.

Sürücü Nurəli Əlirzayev və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov