“Aprel ayından başlayaraq intensiv yağışlar həm Bakıda, həm rayonlarda fəsadlar yaradıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Bununla bağlı Prezidentin tapşırığı ilə 86 milyona yaxın vəsait ayrılıb. Bu vəsait həmin problemin həlli və yenidən təkrar olmaması üçün çox vacib vəsaitdir. Bu sərəncam apreldə verildikdən sonra, mayda da intensiv yağışlar fəsadların coğrafiyasını genişləndirib.
Şəki-Zaqatala və Qaxda da xeyli fəsadlar yaranıb. Təsərrüfatlara da ziyan dəyib. Bu istiqamətdə Aqrar Sığorta xeyli işlər görür və müsbət qiymətləndirmək lazımdır. Amma dəyən ziyanın həcmi ilə Aqrar Sığortanın maliyyə imkanlarını ölçəndə əlavə dəstəyin olması çox vacibdir”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər