“Öz futbolçularımızı, futbol camiəmizi, xalqımızı təbrik etmək istəyirəm. Belə böyük turnirdə böyük bir addım atdıq. Həqiqətən, bu, sevindiricidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda “Liverpul”la görüşdən (0:6) sonra “İctimai” TV-yə açıqlamasında deyib.
“Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olmağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdilər. Bu, başqa bir səviyyədir.
0:6 məğlub olsaq da, çox sevincliyəm. İlk “24-lüy”ə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də, 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq”, - o qeyd edib.
Q.Qurbanov pley-off mərhələsinin püşkatmasından da söz açıb.
“Fikir bildirmək mənim üçün bir məşqçi kimi çətin olar. Bəlkə də, düzgün olmaz. Xeyirlisini Allahdan istəyəcəyik. Hansı azarkeşlərimiz üçün daha faydalıdırsa, zövqlüdürsə, hansı bizim xeyrimizədirsə, o olsun. İstənilən halda bunlar böyük klublardır. Biz oturub püşkdə hansı klubun düşməsini arzu etməməliyik. Hansı düşsə, onunla qarşılaşacağıq”.
Son xəbərlər
Son Xəbərlər