Məhkəmə-Hüquq Şurasına iki yeni üzv təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Hakimlərin Ümumi Yığıncağının iclasında qərar qəbul olunub.
Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni sədri Aida Hüseyn və Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynov Şuraya üzv seçilib.
Xəbəri rus dilində oxuyun: Избраны новые члены Судебно-правового совета
Hakim A.Hüseyn Naxçıvan MR Ali Məhkəməsinin əvvəlki sədri Səadət Bektaşini əvəz edib. Hakim M.Hüseynov isə həm də Hakimlərin Qiymətləndirmə Komissiyasının üzvüdür.
Qeyd edək ki, yenidən formalaşan Şuranın 15 üzvü var.


Son xəbərlər
Son Xəbərlər