Meksikadakı hadisələrə görə ölkəsinə qayıda bilmir

meksikadaki-hadiselere-gore-olkesine-qayida-bilmir
Oxunma sayı: 1206

Türkiyəli jurnalist Cüneyt Özdemir Meksikada çətin vəziyyətə düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında ölkəsinə qayıda bilmədiyini deyib.

“Meksikaya 3 günlük tətilə gəlmişik, lakin kartel-ordu münaqişəsinin ortasında ilişib qaldıq. Hotelin qarşısında barrikadalar qurulub, nəqliyyat vasitələri yandırılıb və hava limanı yolu bağlanıb... Meksika səfirliyimizlə əlaqə saxlayırıq”, - C.Özdemir bildirib.

Xatırladaq ki, ötən gün Meksikada “Xalisko yeni nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb.