Məktəblərdə bufetlər işləyəcək?

mekteblerde-bufetler-isleyecek
Oxunma sayı: 4097

“Şagirdlərə ilk dərs günündə koronavirusla bağlı təlimat verilməsi nəzərdə tutulur”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, müəllimlərin maskadan və üz sipərindən istifadə etməsi, şagirdlərin məktəbə daxil olarkən maska taxması, şagirdlərin məktəbdə temperaturunun ölçülməsi nəzərdə tutulur:

“Şagirdlərə ilk dərs günündə koronavirusla bağlı təlimat verilməsi nəzərdə tutulur. Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək”.

Murad Əhməd